Modern.az

ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam

ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam

Aktual

9 Fevral 2020, 11:15

Səsvermənin gedişində indiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam.

 

Modern.az-ın məlumatına əsasən, bunu ATƏT-in müşahidəçi Artur Gerasimov deyib.

Müşahidəçi bildirib ki, hazırda ATƏT-in 360-dək müşahidəçisi Azərbaycanda keçirilən seçkiləri izləyir.

“Biz seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edirlər. Bütün məlumatları toplayıb analiz etdikdən sonra mətbuat konfransı keçirəcəyik”, - deyə Artur Gerasimov qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı