Modern.az

Əfqanıstanda toqquşma: 6 ABŞ əsgəri öldü

Əfqanıstanda toqquşma: 6 ABŞ əsgəri öldü

Aktual

9 Fevral 2020, 13:26

ABŞ əsgərlərinin Talibana qarşı mübarizədə Əfqanıstan ordusuna dəstək verdiyi Nanqarhar bölgəsində iki müttəfiq güc arasında atışma baş verib.

 

Bu barədə “New York Times” informasiya yayıb.

Bölgədəki yerli mənbələr beş və ya altı ABŞ əsgərinin öldüyünü qeyd edir, ABŞ mənbələri isə ən azı altı əsgərin öldürüldüyünü bildirir. Hadisənin şahidləri bölgədə hərbi helikopterin uçduğunu da qeyd edir.

 

Atışmanın səbəbi hələlik bəlli olmasa da, ABŞ və Əfqanıstan əsgərləri arasında mübahisə və ya əfqan ordusuna sızmış taliblərin təxribatı olması ehtimal edilir.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı