Modern.az

İsrailli müşahidəçi: Azərbaycanda səsvermə prosesi sakit keçir

İsrailli müşahidəçi: Azərbaycanda səsvermə prosesi sakit keçir

Aktual

9 Fevral 2020, 15:16

Azərbaycanda parlament seçkilərində səsvermə prosesi sakit keçir, hamı peşəkar şəkildə işləyir.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə seçkiləri müşahidə edən israilli jurnalist Mixail Finkel deyib.

Onun sözlərinə görə, soyuq hava və erkən saata baxmayaraq vətəndaşlar seçki məntəqələrinə gəlir:

“İlk növbədə fəallığı yaşlı vətəndaşlar nümayiş etdirir, digər vətəndaşlar da sonra gəlməyə başlayır. Fikrimcə, günorta saatlarında fəallıq daha da artacaq”.

 

O, seçki prosesinin yaxşı davam etdiyini bildirib və hər kəsin peşəkarlıqla və məsuliyyətlə işlədiyini deyib.

M.Finkel Azərbaycanla İsraildəki seçki prosesini müqayisə edib:

“İsraildə və Azərbaycanda seçkilər oxşar məqamlara malikdir. Azərbaycanda seçkilərin keçirilməsi üçün ən xırda detallarına kimi zəruri şərait yaradılıb”.

 

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı