Modern.az

"Azərbaycanda seçkilərin sabitlik şəraitində başa çatmasından məmnunuq" - Türkiyə XİN

Aktual

9 Fevral 2020, 21:59

Fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərə səsvermənin nəticələrinin qardaş Azərbaycana xeyirli olmasını arzu edirik.

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

Türkiyə XİN seçkilərin bütün ölkə üzrə sabitlik şəraitində başa çatmasından məmnunluq bildirib.

Nazirlik aidiyyəti qurumların seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəldən göstərdikləri səyləri və Azərbaycan xalqının seçkidəki fəallığını təqdirəlayiq hal kimi dəyərləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı