Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransına fasilə verib.
Modern.az-ın məlumatına görə MSK sədri bildirib ki, hazırda 62 faiz dairədən məlumatlar gəldiyi üçün hələlik nəticələri açıqlamağı məsləhət bilmir:
"Biz adətən 75 faiz dairədən protokol məlumatlarını əldə etdikdən sonra nəticələri elan edirik. Mənə elə gəlir ki, yarım saata biz bu nəticələri əldə edəcəyik. Ona görə də yarım saat fasilə elan edək, sonra nəticələri bu gecə mütləq elan edəcəyik".
T.İSMAYIL