Modern.az

MSK sədrinin müavini: Deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır

MSK sədrinin müavini: Deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır

Aktual

10 Fevral 2020, 16:00

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

 

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq:

 

“Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

 

Sədr müavini qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: “Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil, ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat reaksiya göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...