Modern.az

Sumqayıtın qalib namizədi seçicilərə müraciət etdi: “Hər bir sumqayıtlının, xızılının deputatı olacam”

Sumqayıtın qalib namizədi seçicilərə müraciət etdi: “Hər bir sumqayıtlının, xızılının deputatı olacam”

Aktual

10 Fevral 2020, 17:02

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin bütün dairələr üzrə nəticələrini bu gün açıqladı. Mübahisəli dairələrdən biri hesab olunan 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin də qalibi müəyyənləşib. Bu dairədən 45.8 %  səslə Müşfiq Məmmədli qalib gəlib.

 

M.Məmmədli qalibiyyəti ilə əlaqədar seçicilərinə Modern.az vasitəsilə seçicilərinə müraciət ünvanlayıb. Qalib namizədin müraciətini olduğu kimi təqdim edirik:

 

“Hörmətli, Sumqayıt şəhəri və Xızı rayonunun sakinləri!

 

Sizlərin Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olaraq mənə etimad göstərməyiniz mənim üçün böyük şərəfdir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəyəm, hər bir Sumqayıtlının, Xızı sakininin deputatı olacağam.

 

Bir parlamentari kimi dövlətimizin, eləcə də Sumqayıt şəhəri və Xızı rayonunun quruculuğunda fəal iştirak edəcəyəm. Minlərlə insanın çox normal bir mübarizədə iştirak edib öz mövqelərini ifadə etməsi mühüm bir nəticədir, yekundur. Düşünürəm ki, ilk olaraq mənim üzərimdə ciddi bir vəzifədir.

 

Bir daha hər birinizə minnətdaram!

 

Böyük günlər, şanlı günlər, şən günlər yoluna düşən günlər hələ qarşımızdadır”.

 

Qeyd edək ki, Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.

 

M.Məmmədli 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində "Səhiyyə təşkilatlarının menecmenti" ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Ailəlidir 3 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı