Modern.az

ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

Aktual

15 Fevral 2020, 10:44

ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ koronavirusa qarşı 150 milyon peyvənd hazırlamağı planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib.

“ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması – red.) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon peyvənd dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir”, - P.Navarro deyib.

 

P.Navarro peyvəndlərin sertifikatlaşdırılması üçün ABŞ-ın Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsinin icazəsinin tələb ediləcəyini xatırladıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı