Rusiyada 100-ə yaxın jurnalist koronavirusa yoluxub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, daha 500-ə yaxın jurnalist karantində və ya özünütəcriddədir.
Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin bildirib ki, baş verənləri diqqətlə izləyirlər: "Bizdə olan məlumata görə, bu günədək yüzə yaxın jurnalistə koronavirus infeksiyası diaqnozu qoyulub. 500-ə yaxın insan karantində və özünütəcriddədir. Təəssüf ki, bu yaxınlarda Moskvada jurnalistlərdən biri dünyasını dəyişib".