Modern.az

Gədəbəyə 10 sm qar yağıb, işıqlar sönüb

Gədəbəyə 10 sm qar yağıb, işıqlar sönüb

Aktual

24 Aprel 2020, 08:40

Ölkə ərazisində havaların dünəndən soyuması bəzi bölgələrdə qarın yağması ilə nəticələnib.

“Hazırda Gədəbəydə qarın qalınlığı 10 sm-i keçib. Dünəndən başlayan qarın yağmağı hələ də davam edir”, - Modern.az-ın məlumatına görə, bunu Gədəbəy sakini Zaur Qənbərov az öncə sosial şəbəkədə yazıb.

Rayon sakini qarın yağdığını əks etdirən fotoşəkil də yayaraq, Gədəbəydə işıqların axşamdan söndüyünü, əhalinin bundan bərk narahat olduğunu da qeyd edib. Və aidiyyəti qurumlara səslənərək, problemin həllinə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada