Modern.az

Özünü güllələyən məmurla bağlı cinayət işi açıldı

Özünü güllələyən məmurla bağlı cinayət işi açıldı

Aktual

24 Aprel 2020, 11:17

Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

 

Rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

 

Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada