Modern.az

Sabah Bakıya yağış, rayonlara qar yağacaq  

Sabah Bakıya yağış, rayonlara qar yağacaq  

Aktual

24 Aprel 2020, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

 

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Modern.az verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.

 

Aprelin 25-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada