Modern.az

Məlahət İbrahimqızı könüllülərlə bağlı təklif verdi

Məlahət İbrahimqızı könüllülərlə bağlı təklif verdi

Aktual

24 Aprel 2020, 16:09

“Könüllülər Günü və ya həftəliyinin təqvimdə rəsmi günlər siyahısına daxil olmağının böyük əhəmiyyəti var”.

 

Modern.az xəbər verir ki, bu fikiləri Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

 

Deputat könüllü fəaliyyət göstərmək istəyənlərin olduğunu da vurğulayıb:

 

“Bildiyimiz kimi, ölkəmizdə Birinci vitse-prezidentin şəxsən Heydər Əliyev Fondundakı çoxşaxəli fəaliyyətilə həm xeyriyyəçilik və könüllü fəaliyyət artıq mütəşəkkil səviyyəyə çatmaqla geniş vüsət alıb. Bu gün bu Fond sözün həqiqi mənasında xeyriyəçilik rəmzinə çevrilib. Bu Fondun təsirinin nəticəsidir ki, xeyriyyəçilik və könüllü fəaliyyət göstənlərin sayı nəzərə çarpacaq dərəcədə genişlənib. Ölkəmizdə bu fəaliyyətlə məşğul olanları stimullaşdırmaq, eləcə də cəmiyyətdə bu fəaliyyətin təbliği və təşviqi üçün də çox önəmlidir”.

 

Sədr müavini bununla bağlı qanunvericilikdə də müəyyən dəyişiklərin olmasına ehtiyac olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada