Modern.az

Mülki Məcəlləyə dəyişiklik edildi

Mülki Məcəlləyə dəyişiklik edildi

Aktual

24 Aprel 2020, 16:49

Azərbaycanda yük göndərənin daşıyıcı qarşısında məsuliyyəti artırılır.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 853.2-ci maddəsində "məlumatın" sözü "məlumatların və sənədlərin" sözləri ilə əvəz edilir. Bununla da yük göndərən yalnız məlumatın deyil, sənədlərin də olmamasına görə dəyən zərərin əvəzini ödəyəcək.

Hazırkı maddədə isə qeyd olunur:

“Yük göndərən bu məlumatın olmaması və qeyri-dəqiqliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir”.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada