Azərbaycanda tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində gənclərin Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında biliklərini artırmaq, eyni zamanda, bu sahədə aparılan təbliğat işində onların iştirakını yüksəltmək məqsədilə yeni kampaniya başlayır. Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin koronavirus (COVID-19) pandemiyası ilə bağlı virtual təbliğat kampaniyası “Evdə qal, təbliğatdan qalma!” adlanır.
Bu barədə Modern.az-a Gənclər və idman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib.
Mətbuat katibi bildirib ki, kampaniya çərçivəsində gənclər Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında məlumatlar, sənədli filmlər, işğal altındakı rayonlarımız haqqında 3D qrafik təsvirli filmlər, infoqrafika və infovideolar, elektron albomlar, virtual muzey və elektron kitabxana, musiqilər, “Google Arts & Culture” onlayn platformasında Qarabağ mövzusunda nümayiş olunan sərgilər, digər foto və video materiallarla tanış ola, onları sosial şəbəkələrdə yayacaqlar: #Evdəqaltəbliğatdanqalma, #Qarabağıtanı,#Qarabağıtanıt,#оставайся_дома_не_оставайся_безучастным, #знай_правду_о_Карабахе,#расскажи_миру_правду_о_Карабахе, #stayathomestaypromoting,#knowKarabakh, #makeKarabakhknown,#Evdekaltanıtımdankalma, #Karabağıtanı, #Karabağıtanıt həştəqləri ilə paylaşa bilərlər. #Evdəqaltəbliğatdanqalma #Qarabağıtanı #Qarabağıtanıt #stayathomestaypromoting #knowKarabakh #makeKarabakhknown #оставайся_дома_не_оставайся_безучастным #знай_правду_о_Карабахе #расскажи_миру_правду_о_Карабахе #Evdekaltanıtımdankalma #Karabağıtanı #Karabağıtanıt