Modern.az

Fransada koronavirusdan ölənlərin sayı 22 245-ə çatdı

Fransada koronavirusdan ölənlərin sayı 22 245-ə çatdı

Aktual

24 Aprel 2020, 23:44

Fransada yeni növ koronavirusdan ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, son 24 saat ərzində koronavirusdan ölkədə 389 nəfər ölüb.

 

Fransa Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon bildirib ki, bununla da ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 22 245 nəfərə çatıb: "Ölənlərdən 8300 nəfəri qocalar evlərində, tibbi və sosial müəssisələrdə dünyasını dəyişib. Ümumilikdə, yoluxanların sayı isə 122 577-ə yüksəlib. Son sutka ərzində 1619 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda 29 658 xəstə xəstəxanalarda, 4 870 xəstə isə  reanimasiyada müalicə alır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada