Modern.az

Nazir məşhur polkovniki işdən çıxardı

Nazir məşhur polkovniki işdən çıxardı

Aktual

10 May 2020, 11:13

Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.

 

Modern.az ”BakuPost”a istinadən xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaidə göndərilib.    

 

2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək cəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu.      DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışan N.Qocayev 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub.

 

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb.     Nizami Qocayev təqaüdə göndərildiyini təsdiqləyib: “Burda nə var ki, artıq təqaüd yaşımdır”.     

 

Polkovnik bundan sonrakı planlarından da danışıb: “45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu