Modern.az

Zərdabda 30 yaşlı kişi bıçaqlandı

Zərdabda 30 yaşlı kişi bıçaqlandı

Aktual

10 May 2020, 12:35

Zərdabda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 30 yaşlı Eyvazov Sübhi Seyfəddin oğlu aralarında yaranan mübahisə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Əhmədov Cövdət Əhməd oğlu tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. ("Report")

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu