İş adamı Xəqani İbrahimov mərhum prezident Heydər Əliyev haqda kitab yazıb.
Modern.az-ın xəbərinə görə, Kitabda Ūmummilli lider Heydər Əliyevin 1969-cu ildən sonrakı dövrdə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında oynadığı rol ətraflı şəkildə araşdırılaraq oxuculara çatdırılır.
Müəllif bildirir ki, Heydər Əliyevin dövlət quruculuğu prosesindəki xidmətlərini ətraflı araşdırib və publisistik qələmilə yazaraq, bugūnkū insanların oxumalarına imkan yaradıb.
"Biz bilirik ki, mūstəqil Azərbaycan dövləti Ūmummilli lider Heydər Əliyevin tarixi əsəridir" - deyə, mūəllif bildirib.
O, daha sonra deyib ki, kitab Azərbaycan dövlətinin hüquqi bazasını yaradan Heydər Əliyevin çəkdiyi əziyyətləri bir daha gözlər önūnə sərir: "İnanmaq istərdik ki, oxucular bu kitabın vasitəsilə Azərbaycan dövlətçilik tarixi ilə əlaqədar çox məlumatlar əldə edəcəklər"