Modern.az

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı

Aktual

10 May 2020, 15:38

Gürcüstanda leysan yağışlar Laqodexi rayonunda Qabal çayının daşması ilə nəticələnib.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində rayonun Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də 20-dək evin zirzəmisi və həyətyanı sahəsi su altında qalıb.

 

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir. (APA)

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı