Modern.az

Gəncədə avtomobilin vurduğu qadın öldü

Gəncədə avtomobilin vurduğu qadın öldü

Aktual

10 May 2020, 16:39

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şəmistan Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə  hərəkətdə olan zaman yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

 

Hazırda piyadanın şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu