Modern.az

Hacıqabulda intihar cəhdinin qarşısı alındı

Hacıqabulda intihar cəhdinin qarşısı alındı

Aktual

17 May 2020, 00:13

Hacıqabul rayonunda intihar cəhdinin qarşısı xilasedicilər tərəfindən alınıb.

Modern.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, bir nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə