Modern.az

Baltikyanı ölkələr arasında sərhədlər açılır

Baltikyanı ölkələr arasında sərhədlər açılır

Aktual

17 May 2020, 00:34

Latviya, Estoniya və Litva xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər.

Modern.az xəbər verir ki, Latviya, Estoniya və Litvaya xarici ölkələrdən gələnlər iki həftə məcburi karantin rejimində qalmalı olacaqlar.

“Estoniya, Latviya və Litva Avropada “kiçik Şengen zonası” − daxili sərhədi olmayan zona yaradıb. Bu gündən etibarən hamımız - Baltikyanı ölkələrin əhalisi epidemioloji qaydalara riayət edərək dövlətlərimiz arasındakı sərhədi keçməkdə azadıq. Bu, Latviya üçün xüsusilə vacibdir, çünki Litva və Estoniya bizim ən böyük iqtisadi tərəfdaşlarımızdır”, – deyə Latviya Prezidenti Eqils Leviç söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu