Modern.az

Bakıda Türkiyə qeydiyyat nömrəli avtomobil qəzaya düşdü

Bakıda Türkiyə qeydiyyat nömrəli avtomobil qəzaya düşdü

Aktual

17 May 2020, 00:47

Bu gecə paytaxtın Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə paytaxtın Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Türkiyə dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Türkiyə vətəndaşı xəsarət alıb, hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu