Modern.az

Daha bir ölkə sərhədlərini açır

Daha bir ölkə sərhədlərini açır

Aktual

17 May 2020, 03:00

İtaliya hökuməti ölkəyə girişə və çıxışa qoyulmuş məhdudiyyətləri iyunun 3-dən etibarən ləğv edəcək.

 

Modern.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə məlumat ölkənin Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

 

Bildirilir ki, 3 iyun 2020-ci ildən etibarən ölkənin müxtəlif regionları arasında hərəkətə, həmçinin, xaricdən gəlişə məhdudiyyətlər yalnız 25 mart 2020-ci il tarixli qanuna əsasən qəbul edilmiş dövlət tədbirləri ilə tətbiq oluna bilər.

 

Hərəkət qadağası və karantin qaydalarına riayət tələbi COVID-19 yoluxması təsdiq edilmiş şəxslər üçün qüvvədə qalır. İnfeksiyaya yoluxmuş şəxslərlə əlaqədə olanlar üçün də analoji məhdudiyyətlər qalmaqdadır.

 

Bununla bərabər, sərhədlər açılandan sonra İtaliyaya xaricdən gələnlərin karantinə alınıb-alınmayacağı barədə məlumat verilmir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu