Modern.az

Sabirabadda avtomobil piyadanı öldürdü

Sabirabadda avtomobil piyadanı öldürdü

Aktual

17 May 2020, 15:06

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib.

 

VAZ 2107 markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1984-cü il təvəllüdlü Mirzəliyev Elnur Xanış oğlunu vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır. (APA)

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!