Modern.az

Mingəçevirdə iş adamı ilə xanımına hücum edildi

Mingəçevirdə iş adamı ilə xanımına hücum edildi

Aktual

17 May 2020, 15:34

Mingəçevirdə gecə saatlarında mənzilə daxil olan şəxs və ya şəxslər 68 yaşlı kişiyə və 60 yaşlı qadına xəsarət yetiriblər.

 

Modern.az-ın məlumatına görə hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Evə daxil olan şəxs və ya şəxslər şəhər sakinləri - Məhəmməd Allahverdiyev və Rəna Allahverdiyevaya dəmir alətlərlə xəsarət yetiriblər.

 

Müxtəlif dərəcəli xəsarət alan yaşlı kişi və qadın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb. (Qafqazinfo)

 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırırılır. Qeyd edək ki, xəsarət alan 68 yaşlı M.Allahverdiyev tanınmış iş adamıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu