Türkiyədə son sutka ərzində daha 44 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 040 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 368 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb. Müalicə olunan 1 825 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 109 962 nəfər koronavirusdan müalicə olunub".