Modern.az

Belarusda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşıb

Belarusda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşıb

Aktual

17 May 2020, 21:14

Belarusda son sutka ərzində koronavirusa (COVID-19) 969 nəfər yoluxub, 5 nəfər isə bu infeksiyadan ölüb.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 29 min 650 nəfərdir. Onlardan 9 min 932 nəfəri tam sağalaraq evə buraxılıb, 165 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 350 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu