Modern.az

BMT-nin Azərbaycandakı nümayəndəsi: “Virus gənc-yaşlı tanımır”

BMT-nin Azərbaycandakı nümayəndəsi: “Virus gənc-yaşlı tanımır”

Aktual

25 İyun 2020, 17:20

“Hazırkı pandemiyanın yaratdığı təhdid uzun müddət dünyanın üzləşmədiyi təhlükədir”. Modern.az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Q.İshaqzai deyib ki, pandemiya insanların həm sosial, həm iqtisadi həyatına ciddi təsir edir:

"Pandemiya insanların fəaliyyətlərinə hərtərəfli mənfi təsir göstərməkdədir. Virus sərhədləri aşır, zəif-güclü, gənc-yaşlı tanımır, onların hər birinin səhhərini təhdid edir".

O qeyd edib ki, pandemiya insanlar arasında qlobal səviyyədə əməkdaşlıq və tərəfdaşlıq tələb edir:

"Hökumətlər öz gücünə bu virusdan xilas ola bilməyəcək. Ona görə də vətəndaş olaraq əl-ələ verib, həmrəylik nümayiş etdirərək, bu pandemiyaya qalib gəlməliyik. Hər birimiz kiçik addımlarla pandemiyaya qalib gəlməkdə töhvə verə bilərik. 

Biz virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyatın bərpası mümkün olmayacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...