Modern.az

Evdə müalicə alan koronaviruslu xəstələrə onlar nəzarət edəcək

Evdə müalicə alan koronaviruslu xəstələrə onlar nəzarət edəcək

Aktual

25 İyun 2020, 17:40

“Hazırda xəstəlik ailə üzvlərindən bir-birinə, yaxud işdə əməkdaşlar arasında yoluxmaqla daha çox artır”. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva deyib ki, hər bir insanın qarşısına polis əməkdaşı qoymaq mümkün deyil:

"İnsanlar özləri də məsuliyyətli olmalıdırlar".

Y.Qarayevanın sözlərinə görə, COVID -19-la mübarizəni təkmilləşdirmək üçün ambulator yardım Səhiyyə Nazirliyinə həvalə olunub:

"Bu bizim yükümüzün azaldılmasıdır. Xəstələrə nəzarəti sahə həkimləri edəcək. Bəlli saatlarda həkimlər telefon vasitəsilə xəstələri nəzarətdə saxlayacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?