“Hazırda COVID-19 pandemiyasının ölkədəki kiçik və orta biznesin inkişafına, fermerlərə, həssas qruplara, məcburi köçkünlərə, ümumilikdə iqtisadiyyata təsirini qiymətləndirməyə çalışırıq”.
Modern.az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hökumətin iqtisadiyyatın bərpası ilə bağlı atdığı addımlara dəstək olmağa çalışırlar:
"Hazırda işlərini itirən kiçik biznes sahiblərinə hökumətin göstərdiyi dəstəyi alqışlayırıq. Eyni zamanda, BMT olaraq düşünürük ki, COVID-19-un təsiri qısamüddətli olmayacaq. Ona görə də BMT bu məsələdə hər zaman dəstək olmağa çalışacaq”.