Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
Bu barədə Modern.az-a "ASAN xidmət"in mətbuat katibi Elnur Niftəliyev bildirib.
E.Niftəliyev deyib ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:
"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.
Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir".