Modern.az

Çarter reysləri üçün danışıqlar aparılır - Operativ Qərargah üzvü

Çarter reysləri üçün danışıqlar aparılır - Operativ Qərargah üzvü

Aktual

30 İyun 2020, 18:18

"Bakı-İstanbul-Bakı istiqaməti üzrə çarter reysləri təşkil olunur. Son 48 saat ərzində testdən keçən vətəndaşlarımız karantində saxlanılmır."

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, digər ölkələrlə də bu cür reyslərin həyata keçirilməsi üçün danışıqlar aparılır:

 

"Azərbaycan sərhədini Samur istiqamətində keçən vətəndaşlar karantinə alınır. Onların da karantində saxlanılmaması üçün tədbirlər həyata keçirilir".

 

H.Hacıyev deyib ki, Azərbaycan-Rusiya arasında gedən danışıqlara əsasən, 250 nəfərə yaxın vətəndaşımız quru sərhədini keçərək, ölkəmizə daxil olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə