İndiyədək 2 dəfə AZAL-ın, 2 dəfə Türk Hava Yollarının çarter reysləri pilot layihə olaraq, həyata keçirilib.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, digər ölkələrə beynəlxalq uçuşların bərpası nəzərdən keçirilir:
"Amma nəzərə almaq lazımdır ki, bu, təkcə Azərbaycan tərəfindən asılı məsələ deyil".