Ev şəraitində müalicə alan koronaviruslu xəstələr simptomsuz və COVİD-19-un yüngül əlamətlərini daşıyanlardır.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
N.Zeynalov deyib ki, yüngül əlamətləri olan xəstələrin immun sistemini gücləndirmək üçün vitaminlərlə müalicəsi nəzərdə tutulur:
"Həmin şəxslərə dərmanların çatdırılması poliklinikalar vasitəsilə təmin olunacaq. Heç bir halda yoluxmuş şəxs aptekə getməməlidir".