Modern.az

“COVİD-19 üçüncü dünya müharibəsi adlandırılır” - Hikmət Hacıyev

“COVİD-19 üçüncü dünya müharibəsi adlandırılır” - Hikmət Hacıyev

Aktual

30 İyun 2020, 18:31

"Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam edir".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib. O bildirib ki, Azərbaycan bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşıq edir.

 

H.Hacıyev deyib ki, Azərbaycanın beynəlxalq aləmdə gördüyü ən mühüm işlərdən biri də Azərbaycan Prezidentinin BMT Baş Assamleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü idi.

Bu təşəbbüsün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsini vurğulayan H.Hacıyev bildirib ki, bu, Azərbaycan dövlətinə olan etimadın və hörmətin bariz bir nünuməsidir.

 

"COVİD-19 üçüncü dünya müharibəsi adlandırılır. Təəssüf ki, 6 aydır ki, qlobal səviyyədə əməkdaşlığı qənaətbəxş hesab edə bilmirik" - deyən Hikmət Hacıyev bildirib ki, ziddiyyətli açıqlamalar buna ciddi maneədir:

 

"Təəssüflər ki, indiyədək BMT Assambleyasının xüsusi iclası keçirilməyib. Ona görə də Prezident İlham Əliyev tərəfindən belə bir təşəbbüs irəli sürülüb və dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə