Operativ Qərargah yaranandan biz COVİD-lə mübarizə üçün planlar hazırlamışıq.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB)Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, oturub yoluxmanın pik həddə çatmasını gözləmirlər:
"Biz çalışırıq itkilərimiz minimal olsun. Bunun üçün planlar həyata keçirik. Bu xəstəlik çox ciddidir. Artıq gənc yaşda yoluxmaların şahidi oluruq. Biz bu prosesi nəzarətdə saxlayırıq. Biz gözləmirik ki xəstəlik pik həddə çatsın, ondan sonra hansısa planı həyata keçirək".