"Virusun mutasiya etməsi haqqında məlumatlar dünya mətbuatında da geniş yer alıb".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, Azərbaycanda bununla bağlı araşdırma aparılmır:
"Bu məsələ ilə əlaqəli məlumatlar hələ aparılacaq tədqiqatların mövzusudur. Bu yeni virusdur. Yəqin ki, Azərbaycanda da bununla bağlı araşdırma aparılacaq".