Qeyri-COVID xəstələrinin normal müalicəsini istəyiriksə, qaydalara əməl etməliyik.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, koronavirus xəstələri artdıqca xəstəxanalar bu xəstəlik üçün ayrılır:
"Bu da digər xəstələrin müalicəsinə çətinlik yaradır. Ona görə də mən vətəndaşlarımıza müraciət edirəm ki, qaydalara əməl edək. Qaydalara əməl etsək, COVID xəstələrinin sayında artımın qarşısını ala bilərik və nəticədə digər xəstəliklərdən əziyyət çəkən insanlarımızın normal müalicəsinə şərait yaranacaq".