Modern.az

"Sobsan"boya fabrikində yenidən tüstüləmə başlayıb-Kəmaləddin Heydərov hadisə yerindədir

Aktual

5 İyul 2020, 16:15

İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir. Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir. İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən, 3000 kv.m. ərazi yanıb.

 

FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...