Modern.az

Restoran sahibi həbs olundu, müştərilər isə CƏRİMƏLƏNDİ

Restoran sahibi həbs olundu, müştərilər isə CƏRİMƏLƏNDİ

Aktual

6 İyul 2020, 10:37

Tərtər ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-averilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb:

 

“Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyatı üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

 

Bundan əlavə Tərtər RPŞ-nin və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı yas mərasimində 6 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etdmədiyi də aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar”.

 

Rəsmi məlumatda bildirilib ki, bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı