Modern.az

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Aktual

8 İyul 2020, 10:19

2020-ci ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub:

“Həmin dövrdə Nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Cari ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib”.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...