Rəqəmlərdəki sabitləşmə hər birimizi sevindirir, amma biz koronavirusa qarşı mübarizəni davam etdiririk. Vətəndaşlara göstərdikləri məsuliyyətə görə təşəkkür edirik.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, virusla mübarizədə bütün imkanlar səfərbər edilib:
"Məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır".
Onun sözlərinə görə, dünyada koronavirisa yoluxanların sayı 12 milyonu ötüb:
"Əsas yayılma Latın Amerikasıdır. Azərbaycana yaxın ərazi olan Yaxın Şərqdə də virusun artımı müşahidə edilir".