Modern.az

Azərbaycandan Avropa istiqamətində aviareyslər açılır - RƏSMİ

Azərbaycandan Avropa istiqamətində aviareyslər açılır - RƏSMİ

Aktual

10 İyul 2020, 17:25

Xaricdə olan vətəndaşlarımızın təxliyəsilə bağlı işlər davam etdirilir. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, İstanbul-Bakı-İstanbul istiqamətində həfətəlik əsasda 8 reys həyata keçirilir: "Artıq Avropa istiqamətində reyslər açılır. Yaxın vaxtlarda Bakı-Londan-Bakı istiqamətində uçuşlar həyata keçiriləcək. 6-12 iyulda 250-dən artıq vətəndaşımız Rusiyadan Azərbayacana gətirilib. Moskva- Bakı, Kiyev-Bakı, Ər Riyad-Bakı reysləri həyata keçirilib. Həmçinin, Türkiyə-Gürcüstan-Azərbaycan sərhədi boyu ölkəmizə keçidi təmin olunacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu