Modern.az

Əfqanıstandakı hərbçimiz koronavirusa YOLUXDU

Əfqanıstandakı hərbçimiz koronavirusa YOLUXDU

Aktual

10 İyul 2020, 17:28

“Vətəndaşlarımızı maksimum xarici səfərlərdən çəkinməyə çağırırıq”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, epidemioloji vəziyyətdən asılı olaraq sərhədlər hər an bağlana bilər:

 

“Ona görə də vətəndaşlarımız tibbi ehtiyaclar yoxdursa, maksimum xarici səfərlərdən çəkinsinlər”.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Əfqanıstanda Azərbaycan sülhməramlıları arasında 1 yoluxma qeydə alınıb və Azərbaycana gətirilib:

 

“Digər sülhməramlılar arasında yoluxma yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu