Modern.az

Arbidol” dərmanını ev şəraitində qəbul etməyin! - Nazirlik rəsmisindən ÇAĞIRIŞ

“Arbidol” dərmanını ev şəraitində qəbul etməyin! - Nazirlik rəsmisindən ÇAĞIRIŞ

Aktual

10 İyul 2020, 18:16

"Arbidol", vitamin"C" kimi qeyd edilən dərmanlar ümumiyyətlə ev şəraitində müalicə üçün tövsiyə olunmur. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov qeyd edib ki, onlar kifayət qədər yan və toksik təsirlərə malikdir:

"Onların müalicəsi ancaq xəstəxana şəraitində aparılmalıdır. Vitaminlərlə bağlı apteklərdə qıtlığın olduğunu isə düşünmürəm. Əlavə olaraq demək istəyirəm ki, dərmanların yüngül əlamətləri olan və polklinikalarda qeydə alınmış şəxslərə pulsuz çatdırılması təşkil olunub".

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu