Modern.az

Ucarda oğul atasını qətlə yetirdi  

Ucarda oğul atasını qətlə yetirdi  

Aktual

13 İyul 2020, 12:14

Ucar rayon prokurorluğu iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə bağlı məlumat yayıb.

 

Prokurorluqdan Modern.az-a verilən Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilb.

 

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı