Modern.az

Zaqatalada atlını maşın vurub öldürdü

Zaqatalada atlını maşın vurub öldürdü

Aktual

19 İyul 2020, 11:58

Zaqatalada atlını maşın vuraraq öldürüb.

 

Modern.az-ın məlumatına görə, hadisə axşam saatlarında Zaqatalanın Çobankol kəndində baş verib. Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev atla gedərkən onu “VAZ 21015” markalı minik avtomobili vurub.

 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV