Modern.az

Varşavada Azərbaycan məhsulları sərgilənəcək

Varşavada Azərbaycan məhsulları sərgilənəcək

Aktual

19 İyul 2020, 20:29

Polşanın paytaxtındakı “Blue City” ticarət və sərgi mərkəzində regional ərzaqlar yarmarkası təşkil ediləcək.

 

Modern.az xəbər verir ki, iyulun 22-dən 25-dək keçiriləcək yarmarkada Polşa istehsalı olan məhsullarla yanaşı, Azərbaycan çayları və şirniyyatları, habelə macar ət məhsulları, yunan zeytun və çaxırları, italyan pendirlərinin satış stendləri qurulacaq.

 

Yarmarka əsasən Polşa regionlarının məhsullarına həsr olunsa da, alıcıların marağına səbəb olan xarici məhsullara da yer verilir. Azərbaycan çayları, şərabları, şirələri və şirniyyatları həmişə polşalıların ən çox aldıqları məhsullar sırasındadır.

 

“Blue City”də təşkil olunan yarmarkalarda nəinki məhsulları almaq, həm də onların istehsalçıları ilə tanış olmaq, yerli ənənələr barədə məlumat almaq mümkündür.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV